Ukraynada 20 nəfər prezident olmaq istəyir

  25 Yanvar 2019    Oxunub : 1188
 Ukraynada 20 nəfər prezident olmaq istəyir
Ukraynanın Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha 6 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. Bununla da MSK tərəfindən qeydə alınan prezidentliyə namizədlərin sayı 20-yə çatıb.
Komissiya Oleq Lyaşko, Arkadiya Kornatsoy, Aleksandr Vilkul, Dmitri Dobrodomov, Aleksandr Moroz və İlya Kivanın prezidentliyə namizədliyini qeydə alıb. İclasda 3 nəfərin namizədliyinin isə qeydə alınmaması barədə qərar qəbul edilib. Bunlar Konstantin Çerkasov, Aleksandr Pridanov və Viktor Lebentsdir.

MSK, həmçinin 84 ictimai təşkilata seçkilərdə müşahidəçilik missiyasını həyata keçirməyə icazə verib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Prezidentliyə namizədlərin sayının 30-u ötəcəyi proqnozlaşdırılır. Artıq 38 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib. (AzərTAc)

Azvision.az

Teqlər: Ukrayna   Prezident   Seçki   Namizəd