“Ötən il 24 uşaq övladlığa verilib” - Nazirlik

 “Ötən il 24 uşaq övladlığa verilib” -    Nazirlik
  02 Fevral 2019    Oxunub:4251
2018-ci il ərzində 24 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, övladlığa verilən uşaqlardan 16-sı oğlan, 8-i qızdır: "Övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər".

2017-cı ildə isə Səhiyyə Nazirliyi vasitəsilə 32 uşaq övladlığa verilib.

Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə Nazirliyi, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti