“Zabit və əsgərlərin vətənpərvər olması vacibdir” - Fuad Ələsgərov
Bildirib ki, gənclərə xüsusi qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir: "Dünən ölkəmizdə Azərbaycan gəncləri gününə həsr olunmuş Respublika Toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikasının Prezidenti gənclər qarşısında çıxış edərək öz tövsiyələrini vermiş, bır sıra gəncləri mükafatlarla təltif etmişdir. Cənab İlham Əliyev xüsusilə vurğulamışdır ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdır və hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır".
Fuad Ələsgərov vurğulayıb ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlərin böyük əksəriyyətini məhz gənclər təşkil edir: "Onlar vətəni qoruyur, düşmənlə üzbəüz mövqelərdə dayanırlar. Minlərlə gənc əsgər və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna qarşı döyüşlərdə qəhrəmanlıq göstərmiş, vətən uğrunda canlarını və sağlamlıqlarını qurban vermiş, adlarını müasir hərb tariximizə qızıl hərflərlə yazmışlar”.
Prezidentin köməkçisi qeyd edib ki, Orduda xidmət edən zabit və əsgərlərin vətənpərvər olması xüsusilə vacibdir. Çünki onlar vətənin keşiyində durur, düşmənlə birbaşa təmasda olurlar.
"Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi başlıca məqsəddir. Bu məsələdə hərbi hissə komandirləri də aktiv olmalı, tabeliyində olan əsgər və zabitlərlə ideoloji işi gücləndirməlidirlər. Bu, Ali Baş Komandan cənab İlham Əliyevin qarşımızda qoyduğu vəzifədir".
Fuad Ələsgərov daha sonra bildirib: "Yəqin müşahidə edirsiniz ki, Azərbaycanın müstəqilliyini, onun inkişafını qəbul etməyən, cəmiyyətdə xaos yaratmağa çalışan qüvvələr, xalqımıza düşmən kəsilmiş insanlar var. Bu qüvvələr istər ölkə daxilində, istərsə də ölkə xaricində anti-Azərbaycan təbliğatı ilə məşğul olurlar.Hər birimiz bu yolda əlimizdən gələni əsirgəməməliyik, dağıdıcı qüvvələrə qarşı öz gücümüzü göstərməliyik".
Azvision.az
Teqlər: Fuad-Ələsgərov Prezidentin-Köməkçisi