Azay Quliyev seçicilərini qəbul edib

  06 Fevral 2019    Oxunub : 664
Azay Quliyev seçicilərini qəbul edib
Bu gün Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.
Deputata müraciətlər əsasən məşğulluq, əmək, sosial, təhsil məsələləri, əfv və digər mövzuları əhatə edib. Qəbula gələn seçicilərin problemləri yerindəcə müvafiq qurumlarla əlaqə yaradılaraq həll edilib.

Azay Quliyev bildirib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq işlər görür.

Deputat, həmçinin vurğulayıb ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.

Məlumat üçün bildirək ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər. Azay Quliyev hər ay mütəmadi olaraq seçiciləriylə görüş keçirir.

Azvision.az

Teqlər: Azay-Quliyev