Avrokomissar: “Bizi birgə məqsəd birləşdirir”

 Avrokomissar:  “Bizi birgə məqsəd birləşdirir”
  20 Fevral 2019    Oxunub:2723
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Avropa İttifaqının (Aİ) strateji enerji tərəfdaşıdır. Bu gün imzalanan birgə bəyannamə Azərbaycanla Avropa İttifaqı arasındakı qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirəcək.
Azvision.az -ın məlumatına görə, bunu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 5-ci nazirlər iclasından sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının büdcə və insan ehtiyatları komissarı Günter Ottinger bildirib.

“Bizim üçün Cənub Qaz Dəhlizi yeni qaz xətti və yeni qaz ehtiyatları deməkdir. Cənub Qaz Dəhlizi tikilib qurtarandan sonra başqa istiqamətlərdə də əməkdaşlığa davam edəcəyimiz barədə bu gün müzakirə aparmışıq. Bizi birgə məqsəd birləşdirir. Qarşıdakı 10 il ərzində bu bölgədən gələn təbii qaz tədarükünü 20-25 milyard kubmetrə çatdırmaq fikrindəyik”, - G.Ottinger söyləyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qaz   Türkmənistan  





Xəbər lenti