ATƏT-dən danışıqlar formatının dəyişdirilməsi məsələsinə münasibət

  05 Mart 2019    Oxunub : 853
 ATƏT-dən danışıqlar formatının dəyişdirilməsi məsələsinə münasibət
"ATƏT sədri olaraq biz Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair göstərdiyi səyləri dəstəkləyirik"
Azvision.az xəbər verir ki, bunu Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbayaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Danışıqların formatının dəyişdirilməsi məsələsinə münasibət bildirən Layçak deyib: "Tərəflərin qəbul etdiyi ATƏT-in Minsk qrupunun həmsədrləri formatı var. Əgər danışıqlar formatına dair hər hansı bir mümkün dəyişiklik olarsa, bunu tərəflər mütləq razılaşdırılmalıdır".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: ATƏT   Qarabağ