Hakim partiya: “Yunanıstanda nüvə silahı yoxdur”

Hakim partiya:  “Yunanıstanda nüvə silahı yoxdur”
  12 Mart 2019    Oxunub:2109
Yunanıstan ərazisində hazırda heç bir nüvə silahı yoxdur.
Azvision.az xəbər verir ki, bunu Yunanıstanın hakim “SİRİZA” partiyası mərkəzi komitəsinin üzvü Panos Triqazis bəyan edib. Onun sözlərinə görə, 1957-ci ildən sonra Yunanıstanda nüvə silahları mövcud olub və həmin silahlar NATO və ABŞ-a məxsus idi. Lakin baş nazir Andreas Papandreunun hakimiyyəti dövründə (1980-cı illər) nüvə silahları Yunanıstan ərazisindən çıxarılıb.

“İndi bizdə nüvə silahı yoxdur, bu, dəqiqdir” – Triqazis vurğulayıb.

Amma onu da istisna etməyib ki, Araksos aviabazasına uçan NATO hərbi təyyarələrində nüvə silahları ola bilər. Bununla belə, Triqazis Yunanıstanın nüvə silahlarının əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, Yunanıstanın yerli KİV-ləri Peloponnesdəki Araksos hərbi aviabazasında Amerikaya məxsus nüvə silahlarının yerləşdirildiyini iddia edirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Araksos   Yunanıstan   ABŞ   NATO   Nüvəsilahı  





Xəbər lenti