Məcburi köçkünlərin yaşadığı yataqxana qəsdən yandırılıb

 Məcburi köçkünlərin yaşadığı yataqxana qəsdən yandırılıb
  10 Aprel 2019    Oxunub:3312
Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın qəsdən törədilib.

Azvision.az xəbər verir ki, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, ekspertiza yataqxananın qəsdən yandırılmasına dair rəy çıxarıb.
Qeyd edək ki, martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Hadisə zamanı Laçın rayonundan olan məcburi köçkün 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər. 6 nəfər isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Yataqxana   Yanğın  





Xəbər lenti