Meşələrdə nişanlanma işləri yekunlaşdırılıb

Meşələrdə nişanlanma işləri yekunlaşdırılıb
  11 Aprel 2019    Oxunub:1752
2-7 aprel tarixlərində Şahdağ və Hirkan Milli Parklarında çex mütəxəssisləri tərəfindən milli parkların əməkdaşlarına, Dövlət Turizm Agentliyinin və bir sıra turizm şirkətinin nümayəndələrinə treninqlər keçirilib və təyin olunan marşrutlar üzrə nişanlanma işləri aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bir çox ölkələrdə tətbiq olunan “çex modeli” üzrə turist marşrutlarının nişanlanması işlərinin digər milli parklarda da aparılması planlaşdırılır. Bu nişanlar turistlərin cığırlardan kənara çıxmamasına və marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək.

Qeyd edək ki, turizm cığırlarının bu üsulla nişanlanmasının tətbiqi Azərbaycanda ekoturizm fəaliyyətinin müasir standartlara uyğun qurulmasına şərait yaradacaq.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində Çexiya Respublikasının ölkəmizdəki səfiri və ekologiya və təbii sərvətlər naziri arasında keçirilmiş görüşdə Azərbaycanın bir sıra milli parklarında turist cığırlarının “çex modeli” üzrə nişanlanmasına razılıq verilib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti