Paşinyan: “İlham Əliyevlə dürüst söhbətimiz oldu”

  11 Aprel 2019    Oxunub : 1448
Paşinyan: “İlham Əliyevlə dürüst söhbətimiz oldu”
“Azərbaycan prezidenti İlham Əliyevlə birbaşa, dürüst və konstruktiv söhbətimiz oldu.”

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında çıxışından sonra sualları cavablandırarkən deyib.
“Təəssüf ki, indi Qarabağ münaqişəsinin nizamlanma mexanizmləri və incəlikləri barədə ümumi təsəvvürlərimiz yoxdur. Amma səmimi müzakirə atmosferi yaratmağımızın özü artıq yaxşı haldır. Zənnimizcə, sülh gündəliyinin institusional baxımdan gücləndirilməsi üçün cavab verməli olduğumuz bir neçə sual var. Birincisi, Qarabağın da danışıqlar prosesində iştirakını nəzərdə tutan ATƏT-in Minsk qrupunun formatından tam şəkildə istifadə edilməsidir. Bu tərəfin mövqeyini eşitmədən biz məsələni necə həll edə bilərik?” - Paşinyan bir daha avropalılar qarşısında danışıqlar prosesinin tarixinə və formatına zidd pozucu bəyanatla çıxış edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   ATƏT   AŞPA