Quba-Xınalıq yolu ilə bağlı sürücülərə xəbərdarlıq

   Quba-Xınalıq yolu ilə bağlı sürücülərə  xəbərdarlıq
  12 Aprel 2019    Oxunub:2932
Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyyə olunur. Təhlükə ilə bağlı əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq.



Azvision.az


Teqlər: Quba   Xınalıq  





Xəbər lenti