“Ermənistan narkotrafikə və digər cinayətlərə şərait yaradır” - Baş nazir

  15 Aprel 2019    Oxunub : 1160
“Ermənistan narkotrafikə və digər cinayətlərə şərait yaradır” - Baş nazir
"Dünya ictimaiyyəti hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından narahatlıq hissi keçirir. Azərbaycan da belə bir problemlə üzləşib. 25 ildən çoxdur Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib".
Azvision.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

Baş nazir bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərindən narkotik vasitələrin istehsalı və tranzit üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır:

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafikə və digər cinayət hallarına şərait yaradır. Bu halların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi-maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırımlarının qarşısı alınmalıdır. Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq "qara siyahı"lar tərtib olunub. Bununla bağlı Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır”.

Azvision.az

Teqlər: Baş-nazir   Novruz-Məmmədov