“Əli Kərimli Qərbin etimadını qaytarmağa çalışır”

“Əli Kərimli Qərbin etimadını qaytarmağa çalışır”
  15 Aprel 2019    Oxunub:2035
“Əli Kərimli deyir ki, niyə Azərbaycan açıq şəkildə Qarabağı Rusiyanın işğal etdiyini söyləmir? Bu günə kimi nə vaxt Kərimlinin özü Qarabağı Rusiyanın işğal etdiyini dilə gətirmişdi?! Heç zaman!”
Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, son zamanlar Avropa qurumları və Qərb Əli Kərimlini müxalifət kimi Azərbaycanla bağlı keçirilən tədbirlərinə dəvət etmirlər. Artıq “Azərbaycan müxalifəti” adı ilə başqa partiyanı çağırırlar. Və buna görə də Kərimli çox narahatdır: “Dəvət olunmamasının səbəbini Kərimlinin özü çox yaxşı bilir. Hətta buna görə o qədər qəzəblidir ki, dəvət olunan partiyanı bir necə gündür sosial şəbəkələrdə hər cür təhqirlərə, şantajlara məruz qoyur”.

Orduxanlı Əli Kərimlinin dəvət olunmamasının səbəbini belə izah edir: “Avropa təşkilatları çox yaxşı bilirlər və unutmayıblar ki, 2013-cü ildə Əli Kərimli Rusiyanın layihəsi olan Rüstəm İbrahimbəyovu dəstəkləyirdi. Hətta Vladimir Putinə Mill Şuranın adından "şanlı məktub" da yazılmışdı. Məktubunun yazılmasının təşəbbüskar Əli Kərimli olub. Qərb onu da yaxşı bilir ki, Kərimlinin Qənimət Zahidov vasitəsi ilə İranla da çox isti münasibətləri var. Elə bu səbəbdəndir ki, İran mollarının əlindən öpməyi özünə şərəf bilən Taleh Bağırzadəni açıq şəkildə dəstəkləyir. Bütün bunları Qərb görür və unutmur. Kərimlinin dəvət olunmamasının əsas səbəbi budur! Çünki Qərbdəkilər yaxşı bilirlər ki, Əli Kərimli öz siyasi məqsədlərinə çatmaq üçün həm Rusiya, həm də İranla yaxından əməkdaşlıq edir. Onlar yaxşı bilirlər ki, Kərimli bu gün Azərbaycanda hakimiyyəti dəyişmək üçün molla rejiminin də qurulmasına razılıq vermiş adamdır. Onlardan maliyə alır. Xatırlayın, Əli Kərimliyə Rusiyadan bir il ərzində gələn 670 000 dollarlıq məhkəmə işini. Rusiya həmin pulları Kərimlinin partiyasının üzvü Saleh Rüstəmov vasitəsilə göndərirdi. Hər il Rusiyadan yüz minlərlə dollar alıb Kərimli. Bir müddət əvvəl Rusiyanın Ədliyyə Nazirliyinin əslən azərbaycanlı generalı Sakit Allahverdiyev mətbuata açıqlama verdi ki, Qənimət Zahidov vasitəsi ilə Kərimliyə yüz minlərlə dollar verib. Təbii ki, bütün bunları Qərb və Avropa bilməmiş deyildi. Ona görə də, bu gün Kərimli Rusiyanın adını qəsdən açıq şəkildə dilə gətirir. Qərbə və Avropaya göstərmək istəyir ki, Rusiyanı ittiham etməyə başlayıb. Və yenidən özünün "qərpərsət" imicini formalaşdırmağa çalışır. Yoxsa, Əli Kərimli heç zaman Rusiyanın adını dilə gətirməzdi!”


Teqlər:





Xəbər lenti