Lerikdə vətəndaşlara güzəştli şərtlərlə gübrə satılıb

Lerikdə vətəndaşlara güzəştli şərtlərlə gübrə satılıb
  15 Aprel 2019    Oxunub:1669
Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC Lerik rayonunun Noda kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını təşkil edib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, səyyar satış zamanı 20 kənddən 40-a yaxın vətəndaşa ümumlikdə 28,95 ton mineral, 22,3 ton azot, 6,65 ton nitroammafoska gübrəsi satılıb.

Qeyd edək ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.



AzVision.az


Teqlər: KTN   Lerik   Gübrə  





Xəbər lenti