Aİ-nin Azərbaycanda 830 min avroluq layihəsi - FOTOLAR
"Altı ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna) hər birində EU4Climate layihəsi BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçiriləcək. Təkcə Azərbaycanda, Avropa İttifaqı milli səviyyədə iqlim dəyişikliyi ilə bağlı siyasətlərin və təcrübələrin həyata keçirilməsi üçün 830,000 avroya yaxın vəsait ayıracaq. EU4Climate Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı birgə tədbirlər görmək üçün Azərbaycan hökuməti ilə strateji tərəfdaşlığını nümayiş etdirir. Bu layihə Azərbaycanda Paris İqlim Sazişinin həyata keçirilməsini, habelə Avropa İttifaqı standartları və beynəlxalq standartlara uyğun olaraq iqlim siyasətini və qanunvericiliyin təkmilləşdirilməsini dəstəkləyəcək”.
BMTİP-in Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Alessandro Frakasetti qeyd edib ki, Azərbaycanda BMTİP artıq neçə illərdir ekoloji dayanıqlığı qorumaq üçün bir sıra layihələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə uğurla tərəfdaşlıq edir və iqlim dəyişikliyi bu əməkdaşlığın ən prioritet sahələrindən biridir.
"Biz iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşmaq məqsədi ilə daha güclü siyasətin və təcrübələrin işlənib hazırlanmasında hökumətə dəstəyimizi davam etdirəcəyik”.
Layihənin icra olunduğu Şərq Tərəfdaşlığı proqramının altı ölkəsində, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olmağı sürətləndirməyə kömək edəcək.
Qeyd edək ki, dünya miqyasında mövcud iqlim dəyişikliyi təhlükəsini nəzərə alaraq, 2019-cu ildə Avropa İttifaqı, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanın üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrində EU4Climate adlı yeni regional layihənin həyata keçirilməsinə başlayıb. Layihə bu altı ölkənin 2015-ci il Paris İqlim Sazişindən, Avropa İttifaqı ilə Assosiasiya və Tərəfdaşlıq Sazişlərindən, Şərq Tərəfdaşlığı çərçivəsində “2020-ci il üçün 20 Nəticə” adlı siyasi təşəbbüsdən (xüsusən də iqlimlə bağlı 15-ci və 16-cı nəticələrdən) və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən (xüsusən də iqlimlə bağlı tədbirlərə dair 13-cü Dayanıqlı İnkişaf Məqsədindən) irəli gələn öhdəliklərinə əsaslanan siyasətin işlənib hazırlanması və həyata keçirilməsi üçün ölkə hökumətlərinə dəstək göstərmək məqsədini daşıyır. EU4Climate layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilir.
Aytən Zəhra
Foto: Şahin Sərdarov
Azvision.az