“Hellboy” fantastik filmi azərbaycan dilində “CinemaPlus”-da

  15 Aprel 2019    Oxunub : 1128
 “Hellboy” fantastik filmi azərbaycan dilində “CinemaPlus”-da
“CinemaPlus”-da “Hellboy” fantastik filminin azərbaycan dilində nümayişi keçirilib.
Azvision.az xəbər verir ki, “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında 2019-cu ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş fantastik janrda olan “Hellboy” filminin nümayişi baş tutub.

Tədbirin qonaqları azərbaycanlı ulduzlar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər və KİV nümayəndələri olublar.

Kinoteatrda həmçinin DJ dinamik musiqisi ilə furşet masası, alkoqollu və alkoqolsuz içkilər təşkil olunub.
Tədbirin təşkilində dəstək olublar: “Cinemazadeh” dublyaj studiyası, “Keyf-i Dem” restoranı, Red Bull, Gəncə Şərab və “Banketnaya” araqları.
Filmi səsləndiriblər Aqil M. Quliyev, Hüsniyyə Mürvətova, Gülnarə Zülalova, Kəmalə Piriyeva, Erkin Ergin, Nəcibə Hüseynova, Təranə Ocaqverdiyeva, Vüsal Həci-Qədir, Emin Nəsirli və Rəhim Rəhimov.



Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Samir Ələskərov, səs rejissoru Azad Vəliyev, səs operatoru Agaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsser Əli-Səttar Quliyev, baş prodüsser Cəfər Axundzadə.

Filmin rejissoru Nil Marşall.

Film haqqında qısa məlumat: Hellboy Merlinin həyat yoldaşı olan Qanlı Kraliça ilə görüşmək üçün İngiltərəyə yola düşür. Dünyanın taleyi bu döyüşün nəticəsindən asılıdır.



Azvision.az

Teqlər: