“Ramazanda bütün tələblərə riayət olunmalıdır” - Komitə sədri

 “Ramazanda bütün tələblərə riayət olunmalıdır” -   Komitə sədri
  16 Aprel 2019    Oxunub:4176
"Ramazan ayı ilə əlaqədar tövsiyələrimiz ondan ibarətdir ki, ənənəvi dini qaydalara əməl edilsin".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Ramazan ayı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planı olur və buna uyğun fəaliyyət göstərilir.

"Qafqaz Müsəlmanları İdarəsi ilə qarşılıqlı şəkildə əməkdaşlıq edilir. Həmçinin məscidlərdə Ramazan ayı ilə bağlı tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi vaxt çərçivəsində həyata keçirilir. Bütün tələblərə riayət olunmalıdır. Bizim komitənin əsas vəzifəsi verilən fətva və qayda-qanunlara əməl edilməsi istiqamətində öz üzərinə düşən vəzifəni yerinə yetirməkdir".

Komitə sədri qeyd edib ki, bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək: "Ümumi olaraq qeyd edim ki, hər həftənin cümə günü məscidlərdə komitə tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir. Nəticə ilə əlaqədar müvafiq tədbirlər görür və lazımi addımlar atırıq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Mübariz-Qurbanlı   Ramazan   Komitə  





Xəbər lenti