“Notr-Dam kilsəsinin yanması böyük faciədir” - UNESCO-dakı səfirimiz

“Notr-Dam kilsəsinin yanması böyük faciədir” -    UNESCO-dakı səfirimiz
  16 Aprel 2019    Oxunub:3595
"Müqəddəs Məryəm ana kafedral kilsəsi təkcə Parisin simvolu deyil, bütün bəşəriyyətin mirasıdır".

Azvision.az -ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Yunesko yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov deyib.
O, qeyd edib ki, Paris əsrlər boyu incəsənət xadimlərini, yazıçıları ruhlandırıb, turistləri özünə cəlb edib: "Bu hadisə bizim hamımız üçün böyük faciədir".

Xatırladaq ki, ötən gün Fransanın paytaxtı Parisin ən qədim tarixi abidələrindən biri, məşhur Paris Notr-Dam kilsəsində güclü yanğın olub. İlkin məlumata əsasən, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib. Tarixi abidədə qeydə alınan yanğın təxminən 9 saat sonra söndürülüb. Rəsmi şəxslər kilsənin təmiri üçün beynəlxalq yardım kampaniyası başladacaqlarını açıqlayıblar.

Azvision.az


Teqlər: UNESCO   Səfir   Kilsə   Yanğın  





Xəbər lenti