Din və media münasibətləri müzakirə olundu - FOTOLAR

Din və media münasibətləri müzakirə olundu -     FOTOLAR
  16 Aprel 2019    Oxunub:2516
Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib.
Azvision.az xəbər verir ki, konfransda DQİDK və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, KİV-in rəhbər şəxsləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Konfransda milli-mənəvi və dini dəyərlərin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.



Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda dini ideoloji təhlükəsizlikdə medianın böyük rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, media burada təhrifə yol verməməlidir, hansısa radikal fikirləri qabardaraq cəmiyətə yayılmasına şərait yaradılmamalıdır.

Komitə sədri hesab edir ki, medianın cəmiyyətə informasiyanı düzgün çatdırmasının böyük əhəmiyyəti var.



Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, jurnalistlərin dini mövzuda biliklərinin artırılması istiqamətində xeyli tədbirlər həyata keçirilib və bu gün də tədbirlər davam etməkdədir: "Azərbaycan mediası kifayət qədər inkişaf edib və baş verən hadisələrə milli maraqlar nöqteyi-nəzərindən yanaşır".

Digər çıxışçılar da dini təhlükəsizliyin təmin edilməsində medianın rolunun vacibliyini qeyd ediblər və KİV mənsublarının dini biliklərinin artırılması üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayılar.







Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az




Teqlər: Dini-Komitə   Mətbuat-Şurası   Konfrans  





Xəbər lenti