“ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır” - Səfir

 “ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır” -  Səfir
  16 Aprel 2019    Oxunub:2210
"ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır"
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın ölkəmizdə yeni təyin olunan səfiri Örl Litzenberqer müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı deyib.

Amerikalı diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini vurğulayıb.

ABŞ-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini qeyd edən səfir Azərbaycan Ordusunda aparılan islahatları izlədiyini və bu sahədə əldə edilən nailiyyətləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.

İki ölkə arasında hərbi əməkdaşlığa toxunan Ö.Litzenberqer Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən missiyada iştirakından məmnunluq ifadə edib.

Azvision.az


Teqlər: Səfir   ABŞ   Azərbaycan   Qarabağ   Ordu  





Xəbər lenti