AQTA-nın əməkdaşları İzmirdə olublar

AQTA-nın əməkdaşları İzmirdə olublar
  16 Aprel 2019    Oxunub:2011
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Türkiyənin İzmir şəhərində yerləşən Qida və Heyvandarlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən “HACCP tətbiqinin yoxlanması” təlimində iştirak ediblər.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, təlimin mövzuları HACCP-ın əsas prinsipləri, risk qiymətləndirilməsi, təhlükənin təhlili, nəzarət tədbirləri ilə əlaqədar olub.

Nəzəri və təcrübi hissələrdən ibarət olan təlim çərçivəsində əməkdaşlar quru meyvə, süd və süd məhsulları istehsal edən müəssisələrdə HACCP standartına uyğun yoxlamalarda və yekun nəticələrin müzakirəsində iştirak ediblər.

Beş gün davam edən təlimin son günü iştirakçılara sertifikatlar təqdim olunub.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti