Polşa SOCAR-ın təcrübəsindən yararlanmaq istəyir

Polşa SOCAR-ın təcrübəsindən yararlanmaq istəyir
  17 Aprel 2019    Oxunub:1981
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın neft və qaz şirkətinin prezidenti Piotr Vojnyak ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında ətraflı məlumat verib.

Azərbaycan tərəfinin iki ölkə arasında enerji sahəsində iş birliyini dəstəklədiyini bildirən nazir ölkəmizin Polşa ilə bu xüsusda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Piotr Vojnyak Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və SOCAR-ın təcrübəsindən yararlanmaq istədiklərini qeyd edib.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Polşa  





Xəbər lenti