Yasamalda yanğın olub, 20 nəfər təxliyə edilib

Yasamalda yanğın olub, 20 nəfər təxliyə edilib
  17 Aprel 2019    Oxunub:1374
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Yanğın   FHN   Bakı  





Xəbər lenti