Sürücülərin diqqətinə! - Bu yollar 8 gün bağlı olacaq

      Sürücülərin diqqətinə!    - Bu yollar 8 gün bağlı olacaq
  17 Aprel 2019    Oxunub:4136
Aprelin 26-28-i tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək. Bununla əlaqədar 22-30 aprel tarixlərində bəzi küçələr bağlı olacaq.
Azvision.az -ın məlumatına görə, yarışla bağlı Neftçilər prospekti "Azneft" dairəsindən "Port Baku"yadək, Puşkin küçəsi - Neftçilər prospekti Xəqani küçəsinə kimi, Xəqani küçəsi - Puşkindən Behbudova kimi, Rəşid Behbudov - Xəqani küçələrindən Neftçilər prospektinə kimi, Zərifə Əliyeva küçəsi - Puşkindən Rəsul Rzayadək, Rəsul Rza küçəsindən Zərifə Əliyeva prospektinə kimi, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi küçələri nəqliyyat üçün bağlı olacaq.

Bakı Şəhər Halqası əməliyyat şirkətinin mətbuat katibi Nigar Arpadarai bildirib ki, 22 aprel saat 01:00-dan etibarən yollar bağlanacaq və yarış bitdikdən sonra, 30 aprel səhər 06:00-da isə yollar yenidən açılacaq.

Azvision.az


Teqlər: Formula   Yol  





Xəbər lenti