“Prokurorluq tərəfindən verilən protestlərin 35 faizi təmin edilib” - Ramiz Rzayev

 “Prokurorluq tərəfindən verilən protestlərin 35 faizi təmin edilib” -  Ramiz Rzayev
  17 Aprel 2019    Oxunub:1647
Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə Azərbaycanda cəzaların humanistləşdirilməsi, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik məhkəmələr tərəfindən 6 mindən çox məhkum barəsində tətbiq edilib.
Azvision.az -ın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Onun sözlərinə görə, 1700-dən çox məhkum cəzadan tamamilə azad edilib, 2500-dən çox məhkumun cəza müddəti azaldılıb və 390-dan çox məhkumun cəzaçəkmə müəssisənin növü dəyişdirilərək yüngülləşdirilib.

R. Rzayev, həmçinin əlavə edib ki, 2018-ci ildə prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faizi təmin edilib.

Azvision.az


Teqlər: Ali-Məhkəmə  





Xəbər lenti