Azvision.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən “Yuğ”, Pantomima teatrlarına, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Şəki, Ağdam, Füzuli, Qazax Dövlət Dram teatrlarına, Qusar Dövlət Ləzgi Dram Teatrına, Qax rayonu Gürcü Dövlət Dram Teatrına, Gəncə, Qax və Salyan Dövlət Kukla teatrlarının hər birinə 100 min manat ayrılacaq.
Azvision.az