Xınalığa və Şahdağa qar yağır

Xınalığa və Şahdağa qar yağır
  17 Aprel 2019    Oxunub:1974
Hazırda Qubanın Qırız, Xınalıq kəndlərinə və Şahdağa qar yağır.
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Bayramova məlumat verib.

Direktor bildirib ki, dağlıq rayonlara qarın yağması axşam saatlarında da davam edəcək.

“Əksər rayonlarda yağış yağır. Dağlıq ərazilərdə yağıntılar qar şəklindədir. Son məlumata görə, Şahdağda 3 sm qar yağıb”-, deyə G.Bayramova vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Qar  





Xəbər lenti