İranlı nazir sabah Bakıya gəlir

  17 Aprel 2019    Oxunub : 898
 İranlı nazir sabah Bakıya gəlir
Aprelin 17-də İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani Bakıya gələcək.
Bu barədə AzVision.az -a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İranlı nazir səfəri çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalisinin sosial müdafiəsi naziri Sahil Babayev və iş adamları ilə görüşəcək. Hacıqabul sənaye məhəlləsində Azərbaycan və İranın avtobusqayırma və yedək hissələrin birgə istehsalı üzrə layihənin təməli qoyulacaq.

Bundan əlavə, nazirin səfəri zamanı Azərbaycanda İran Ticarət Mərkəzinin açılışı gözlənilir.

Səfər zamanı Azərbaycan və İran arasında ikitərəfli iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgi əməkdaşlığı, əməkdaşlıq memorandumlarının imzalanması haqda müzakirələr aparılacaq.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: İran   Səfər   Nazir