Elmar Məmmədyarov Polşada ağac əkdi - FOTO

  17 Aprel 2019    Oxunub : 732
Elmar Məmmədyarov Polşada ağac əkdi - FOTO
Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Jozef Polinski adına parkda Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.
Bu barədə Azvision.az -a Azərbaycan Respublikasının xarici işlər nazirliyinin mətbuat xidmətindən bildirlib.

Sözügedən parkda, həmçinin Azərbaycan hökuməti tərəfindən “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə”abidə qurulmuşdur. Bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb.




Azvision.az

Teqlər: XİN   Nazir   Polşa