"Azərbaycan turizmin inkişafına böyük diqqət ayırır" - Prezident
Ölkə başçısı qeyd edib: "Azərbaycan özünün turizm sənayesinin inkişafına böyük diqqət ayırır və biz son illər bu istiqamətdə mühüm uğurlar əldə etmişik. Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var".
Prezident bildirib ki, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir: "Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir".
Dövlət başçısı əmin olduğunu bildirib ki, qarşıdan gələn illərdə Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcək.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev