Bakıdan Naxçıvana 4806 sərnişin daşınıb

  18 Aprel 2019    Oxunub : 817
Bakıdan Naxçıvana 4806 sərnişin daşınıb
2019-cu ilin ilk üç ayında Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə Naxçıvandan Bakıya 4 min 525, Bakıdan Naxçıvana isə 4 min 806 sərnişin daşınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyaların verilməsi işi davam etdirilib, hesabat dövründə muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün 734 sahibkar lisenziyaya cəlb edilib, 761 avtonəqliyyat vasitəsinə lisenziya kartı verilib.

Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 496 taksi sərnişindaşıma xidməti göstərib.

Azvision.az

Teqlər: Naxçıvan   Sərnişin