Əlil arabası almaq üçün prosedur sadələşdirilir
Reabilitasiya vasitələri ilə bağlı Nazirlik tərəfindən hazırlanmış yeni qanunvericilik aktının layihəsində, əlil arabasının təkrar alınması üçün göndəriş (Forma 88) tələbi çıxarılmışdır.
Ümumilikdə, qanunvericilikdə aparılan islahatlar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatla əlaqədar müraciət prosedurlarının sadələşdirilməsinə xidmət edir. Məqsəd isə bu sahədə süründürməçiliyə zəmin yaradan halların aradan qaldırılması, reabilitasiya sisteminin şəffaf və ədalətli, əlilliyi olan şəxslərə daha əlçatan şəkildə qurulmasıdır.
Azvision.az