17 obyektin tikintisinə müsbət rəy verilib

  18 Aprel 2019    Oxunub : 1282
 17 obyektin tikintisinə müsbət rəy verilib
“Bir Pəncərə” sistemi vasitəsilə bəzi tikinti obyeklərinin tikintisinə icazələrin verilməsi ilə bağlı cari ilin əvvəlindən bu günə qədər 22 müraciət daxil edilib. Onlardan 17 obyektə müsbət rəy verilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud deyib.

Komitə rəsmisi bildirib ki, tikintinin istismarı ilə əlaqədar sistemə 4 müraciət daxil olub, onlara da müsbət rəy verilib: “Prosedur elə qurulub ki, dövlət qurumları ilə sistem inteqrasiya olunur. Sənədlər sistemə daxil olduqdan sonra digər qurumlara göndərilir və müəyyən müddətdə onların cavabı alınır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Komitə   Tikinti   Bakı