İtkin düşən məktəbli bacılar yaşlı qadını aldadıblar

  İtkin düşən məktəbli bacılar yaşlı qadını aldadıblar
  18 Aprel 2019    Oxunub:2714
Xəbər verdiyimiz kimi, Gəncədə itkin düşən məktəbli bacılar tapılıb. Polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin 17 aprel tarixində şəhər ərazisində olduqları müəyyən edilib və onlar ailəsinə təhvil veriliblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Azvision.az -a bildirib ki, bacılar 12 gün ərzində yaşlı bir qadının evində kirayə qalıblar.

“Qızlar evdən çıxdıqdan sonra yaşlı qadının yanına gedərək ondan kirayə mənzil verməsini xahiş ediblər. Həmin qadını aldadıblar ki, qardaşımız Bakıdadır, yaxın günlərdə Gəncəyə qayıdacaq və kirayə pulunu ödəyəcək. Onlara inan yaşlı qadın uşaqlara mərhəmət göstərərək evinə buraxıb, kirayə mənzillə təmin edib”.

Qeyd edək ki, aprelin 5-i səhər saatlarında Gəncə şəhər sakinləri, 14 yaşlı Pərvanə Nipalıyeva və bacısı 9 yaşlı Ceyran Nipalıyeva dərsə getmək adı ilə çıxaraq geri qayıtmayıblar. Uşaqların ailəsi onların tapılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gəncə   İtkin   Qız   Bacı   Məktəbli  





Xəbər lenti