“Mən sizə güvənirəm, hər zaman yanınızdayam” - İlham Əliyev

“Mən sizə güvənirəm, hər zaman yanınızdayam” -  İlham Əliyev
  18 Aprel 2019    Oxunub:2213
“Mən sizə güvənirəm, sizə arxalanıram. Hər zaman da sizinləyəm, sizin yanınızdayam”

Azvision.az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı ilə tanış olarkən sakinlərlə söhbətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın uğurlu inkişafı bundan sonra da davam etdiriləcək: “Azərbaycan sabitlik şəraitində yaşayır. Əminamanlıq və sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz indi dünyada baş verən hadisələri görürük, izləyirik. Harada sabitlik pozulur, orada böyük faciələr baş verir. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan vətəndaşlarıdır. Onların fədakarlığı və bizə göstərdiyi dəstəkdir. Bu dəstəyə arxalanaraq biz işləri görürük. Bu gün istənilən sahədə Azərbaycan liderlik göstərir”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Qaraçuxur  





Xəbər lenti