Əbülfəs Qarayevin qəbul vaxtı dəyişdirilib

Əbülfəs Qarayevin qəbul vaxtı dəyişdirilib
  19 Aprel 2019    Oxunub:1719
Mədəniyyət naziri Əbülfəs Qarayevin aprelin 22-də Lənkəran şəhərində keçirilməsi nəzərdə tutulan qəbulu mayın 7-nə keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qəbul saat 11:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99 ) başlayacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.



Azvision.az



Teqlər: Nazir   Qəbul  





Xəbər lenti