İki körpə üzərində qapalı ürək əməliyyatı aparılıb

İki körpə üzərində qapalı ürək əməliyyatı aparılıb
  19 Aprel 2019    Oxunub:3520
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında uşaq kardioloqu Elnur İmanov iki ürək qüsurlu körpə üzərində qapalı ürək əməliyyatı aparıb.
Çəkisi 8 kiloqram olan 16 aylıq Osman Rzayevdə qulaqcıqarası çəpər defekti və digər anomaliyalar, çəkisi 6 kiloqram olan 8 aylıq Məryəm Əlizadədə isə ağciyər arteriyasının stenozu cərrahi müdaxilə ilə aradan qaldırılıb. Xəstələr evə yazılıblar və vəziyyətləri qənaətbəxşdir.

Bu barədə Azvision.az -a universitetin mətbuat xidmətindən məlumat verilib.

E.İmanovun sözlərinə görə, O.Rzayevdə müayinə zamanı qulaqcıqarası çəpər defekti və digər anomaliyalar aşkar olunub. Xəstənin üzərində başqa əməliyyatların aparılmasına ehtiyac olduğundan çəpər defekti invaziv yolla aradan qaldırılıb.

“Digər körpə Məryəm Əlizadədə isə müayinə zamanı ağciyər arteriyasının stenozu müəyyən edilib. Körpənin ürəyində aşkarlanan qapaq darlığı pulmonar balon valvuloplastikanın müdaxiləsi ilə aradan qaldırılıb. Körpələr evlərinə buraxılıblar. Hazırda onların vəziyyəti qənaətbəxşdir”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, M.Əlizadənin üzərində aparılan əməliyyat universitetin Tədris Terapevtik Klinikasında qeydə alınan ilk cərrahi müdaxilədir. Belə ki, bu vaxtadək o yaşda və çəkidə heç bir körpə üzərində qapalı üsulla ürək əməliyyatı aparılmayıb.

Azvision.az



Teqlər: Ürək   Əməliyyat  





Xəbər lenti