Naxçıvanda axtarışda olanların hamısı tutulub

Naxçıvanda axtarışda olanların hamısı tutulub
  20 Aprel 2019    Oxunub:2305
Naxçıvanda 2019-cu ilin birinci rübündə qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi ilə bağlı aparılan maarifləndirici tədbirlər davam etdirilib. Nəticədə, 123 silah təhvil götürülüb. Bu dövrdə keçmiş illərdən qalmış bir cinayət işi də açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, nazirliyin aidiyyəti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində axtarışda olanların tutulması 100 faiz təşkil edib. Bununla yanaşı, mülki hüquqi öhdəliklərin icrasından yayındığı və məhkəmə qərarı ilə axtarışda olan 9 nəfərdən 6-sı tutulub, biri isə aidiyyəti üzrə göndərilib.

Muxtar respublika ərazisinə gətirilən avtomobillərin beynəlxalq standartlara uyğunluğu nəzərə alınmaqla bəhs edilən dövrdə 41-i ilkin, 1345-i təkrar olmaqla, ümumilikdə, 1386 nəqliyyat vasitəsi qeydə alınıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DİN   Naxçıvan   Polis  





Xəbər lenti