Vilayət Eyvazov Qubada qəbul keçirib

Vilayət Eyvazov Qubada qəbul keçirib
  20 Aprel 2019    Oxunub:5211
Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində qəbul keçirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Azvision.az


Teqlər: DİN   Qəbul  





Xəbər lenti