Bakının mərkəzi yolları 8 günlük bağlandı

   Bakının mərkəzi yolları 8 günlük bağlandı
  22 Aprel 2019    Oxunub:2871
Bu gündən başlayaraq aprelin 30-dək Bakının bəzi küçələri bağlı olacaq.
Azvision.az xəbər verir ki, Neftçilər prospekti "Azneft" dairəsindən "Port Baku"yadək, Puşkin küçəsi - Neftçilər prospekti Xəqani küçəsinə kimi, Xəqani küçəsi - Puşkindən Behbudova kimi, Rəşid Behbudov - Xəqani küçələrindən Neftçilər prospektinə kimi, Zərifə Əliyeva küçəsi - Puşkindən Rəsul Rzayadək, Rəsul Rza küçəsindən Zərifə Əliyeva prospektinə kimi, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi küçələri nəqliyyatın hərəkətinə bağlanıb. Bağlanan yollar 30 aprel səhər 06:00-da açılacaq.

Qeyd edək ki, aprelin 26-28-i tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

Azvision.az


Teqlər: Yol   Bakı  





Xəbər lenti