İt dişləyən uşağın vəziyyəti yaxşıdır - Nazirlik

 İt dişləyən uşağın vəziyyəti yaxşıdır -  Nazirlik
  22 Aprel 2019    Oxunub:1773
Üzünü it dişləyən uşağın vəziyyəti yaxşıdır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, uşaq Kilini Tibbi Mərkəzdə palataya köçürülüb.
“Vaksinləri vurulub, müalicəsi davam edir. Hazırda vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib və onun yanaq nahiyəsini dişləyib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti