Hərbi pilotlarımız təlim uçuşlarına başladı - VİDEO

  22 Aprel 2019    Oxunub : 1565
 Hərbi pilotlarımız təlim uçuşlarına başladı - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədilə intensiv məşqlər davam edir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, “Super Muşşak” və L-39 təyyarələrinin taktiki-texniki xüsusiyyətləri və uçuş imkanlarını nəzəri cəhətdən tam mənimsəyən, trenajorlarda müvafiq məşqlər keçən gənc hərbi pilotlarımız artıq həmin təyyarələrdə və "Mi" seriyalı çoxməqsədli helikopterlərdə praktiki təlim-məşq uçuşlarını yerinə yetirməyə başlayıb.



Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər pilotaj texnikası, marşrut uçuşları, qoşa və manqa ilə uçuşları məşq etdirir.







Azvision.az

Teqlər: Pilot   Təlim   MN