Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  22 Aprel 2019    Oxunub:1845
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, iclasda çıxış edən kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi mərhələsinin gedişi, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə məlumat verib. O, həmçinin vəkillərin yeni döş nişanını iclas iştirakçılarına təqdim edib.

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, vəkil kabinetlərinin yaradılması, bir sıra vəkilin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Bakıda və regionlarda fəaliyyət göstərən vəkil qurumlarının və fərdi vəkillərin may ayı üçün növbətçilik siyahısı təsdiqlənib.

Bundan başqa, Azərbaycan vəkilliyinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planının icrası ilə bağlı işçi qrupun yaradılması barədə qərar qəbul edilib. “Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin, vəkil köməkçilərinin, Rəyasət Heyəti aparatının və vəkil bürolarının işçilərinin şəxsi işinin aparılması və saxlanılması Qaydaları” təsdiq olunub.

İclas iştirakçıları Rəyasət Heyətinin üzvü, “Ədalət” vəkil bürosunun müdiri Muxtar Mustafayevi 55 illik yubileyi münasibətilə təbrik ediblər. M.Mustafayev yubiley münasibətilə və vəkilliyin nüfuzunun artırılmasına verdiyi töhfələrə görə “İsmayılxan Ziyadxanov” xatirə döş nişanı ilə təltif edilən ilk vəkil olub.

Sonra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyətinə dair digər məsələlərə baxılıb.

Azvision.az



Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti