Bakıda 600 minə yaxın sahibsiz it var

  Bakıda 600 minə yaxın sahibsiz it var
  22 Aprel 2019    Oxunub:3089
Hazırda Bakı şəhərində 600 minə yaxın yaxın sahibsiz it var.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən-a Azvision.az -a verilən məlumata görə, sahibsiz itlərin yığışdırılması ilə bağlı ölçü götürüləcək.
“Görülən işlərə mane olanlar da var. Onlar itin tutulmasına razı deyillər, lakin itin uşağı tutmasına razıdırlar. İtlərin çoxluğundan küçələrə çıxmaq olmur. “Toplan” mərkəzinin xətti ilə rayonlar üzrə sahibsiz itlər tutulub mərkəzə aparılır. Orada müayinədən keçirilir, sterilizə olunur, sonra da buraxılır. Peyvənd olunan itlərin qulaqlarında birka olacaq. Bakı Şəhər İcra Hakimiyyəti də həmin mərkəzə bu işlərin görülməsində köməklik ediləcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində uşağı it dişləyib.Belə ki, it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib və onun yanaq nahiyəsini dişləyib. Uşaq peyvənd olunub və həkim nəzarətində saxlanılır.

Aytən Zəhra
Azvision.az



Teqlər: BŞİH   sahibsiz-it  





Xəbər lenti