Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır
  22 Aprel 2019    Oxunub:2131
Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun sadələşdirilməsi istiqamətində texniki cəhətdən daha bir yenilik etməyə hazırlaşır.
Nazirliyin Media və kommunikasiya mərkəzindən Azvision.az -a verilən məlumata görə, yaxın vaxtlarda reallaşdırılacaq bu yenilik hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişikliklərin xüsusi proqram təminatı vasitəsilə onlayn rejimdə tətbiqini nəzərdə tutur. Bu yenilik sayəsində təsis sənədləri hazırda olduğu kimi kağız daşıyıcılarla deyil, elektron qaydada onlayn şəkildə təqdim olunacaq.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədlinin sözlərinə görə, real vaxt rejimində işləyəcək yeni proqramın tərtibi müvafiq qanunvericiliyə edilmiş dəyişikliklərdə də əksini tapıb. Eyni zamanda, xüsusi proqramla yanaşı, qanunvericiliyin tələbinə əsasən təsis sənədlərinə edilmiş dəyişiklikləri elektron imza ilə imzalayaraq aidiyyəti qeydiyyat orqanına elektron kabinet vasitəsilə təqdim edildiyi təqdirdə də müvafiq sənədlər qeydiyyata alınaraq şəxsin elektron kabinetinə göndəriləcək. Artıq bu prosesə başlanılıb, qanunvericiliyə müvafiq dəyişikliklər edilib, texniki tapşırıqlar verilib.

Azvision.az



Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti