Turizmlə bağlı yeni Fəaliyyət Planı qəbul olunacaq

   Turizmlə bağlı yeni Fəaliyyət Planı qəbul olunacaq
  23 Aprel 2019    Oxunub:2013
"Ölkəmizin sağlamlıq turizmi ilə bağlı böyük tarixi var. Sağlamlıq güşələrimiz bizə bu sahəni inkişaf etdirməyə və daha çox turistin gəlməsinə imkan verir"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov 3-cü Qlobal Sağlamlıq Turizm Forumu, 5-ci illik ümumi assambleyada çıxışı zamanı deyib.

Agentlik rəsmisi bildirib ki, burada təbliğat və təşviqat çox vacibdir. "Biz bu sahədə rəqabətdəyik, öndə olmaq üçün yeni trendlər, yeni standartları izləməliyik. Bunun üçün yaradılan hər bir məhsulu dünya standartlarına uyğun hazırlamalıyıq ki, mübarizədə uduzmayaq. Rəqabət mühitində öz üstünlüklərimizi ortaya qoymalıyıq".

K.Qasımov qeyd edib ki, artıq bu istiqamətdə Dövlət Turizm Agentliyində işlərə başlanılıb. "Ən yaxın vaxtda bu sahənin inkişafı ilə bağlı Fəaliyyət Planının qəbul olunması gözlənilir. Böyük uğur əldə etmək üçün imkanlarımız var, lakin çatışmazlığı aradan qaldırmalıyıq ki, ölkəni layiq olduğu səviyyəyə yüksəldək və sağlamlıq turizmi imkanlarını genişləndirək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti