“Naftalan nefti 70 xəstəliyə dərmandır” - Akademik
Azvision.az xəbər verir ki, bunu III Qlobal Sağlamlıq Turizm Forumunda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri Institunun direktoru, akademik Vaqif Abbasov deyib.
V.Abbasov əlavə edib ki, Azərbaycanın Naftalan nefti əsasında çox sayda dərman preparatı hazırlana bilər: "Naftalan nefti yanıqlar, dəri xəstəliklərinin hamısı, ginekoloji xəstəliklərin çoxu, hətta döllənmə üçün və digər xəstəliklər üçün çox faydalıdır. Hesab edirəm ki, artıq Naftalan neftinin vannası ilə yanaşı, onun preparatlarından da geniş istifadə edilməlidir. Biz Naftalan nefti əsasında çox sayda dərman preparatı hazırlaya bilərik".
Direktorun sözlərinə görə, 2018-ci ildə Naftalanda dünyanın 62 ölkəsindən gələn 35 min turist müalicə edilib. Ancaq bu, mövcud imkanların az hissəsidir. Belə ki, il ərzində Naftalana gələn turistlərin sayını 100 minə çatdırmaq lazımdır.
Aytən Zəhra
Azvision.az