Vitse-spiker: “İnsanları qıcıqlandırmaq olmaz”

 Vitse-spiker:  “İnsanları qıcıqlandırmaq olmaz”
  23 Aprel 2019    Oxunub:2196
“Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib. Hər zaman demişik ki, sülh danışıqları ola bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilsin”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Valeh Ələsgərov deyib.

O bildirib ki, Dağlıq Qarabağ probleminin həllində öz maraqları olan qüvvələr var: “Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis  





Xəbər lenti