“Nə üçün müharibəyə çağırış etməliyik?” - Oqtay Əsədov

  “Nə üçün müharibəyə çağırış etməliyik?” -    Oqtay Əsədov
  23 Aprel 2019    Oxunub:2840
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər görürük. Münaqişə ilə əlaqədar müzakirədə müharibəyə çağırsaq, nə əldə edə biləcəyik? Sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

“Dağlıq Qarabağda yaşayanlara deyirik ki, Azərbaycan vətəndaşlarıdır, biz dünyaya bu çağırışı edirik. Azərbaycanın şərtlərinin yerinə yetirilməsi sülh yolu ilə mümkün ola bilərsə, nə üçün buna qarşı çıxmalıyıq. Ermənistanın bir ağılsız naziri çıxış edir ki, Azərbaycanda torpaq almalıyıq. Onlar başa düşürlər ki, bununla nəyəsə nail ola bilməyəcəklər, boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər”-deyə O.Əsədov qeyd edib.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis   Oqtay-Əsədov   Qarabağ  





Xəbər lenti