“Vətəndaşları narahat edən problemləri həll etməliyik” - İlham Əliyev
Prezident çıxışında qeyd edib: "Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq”.
Dövlət başçısı xatırladıb ki, bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib: “Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq”.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident